İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov ilə görüşündə bildirib ki, iki ölkə arasında münasibətlərin genişləndirilməsi qonşuluq siyasətinin təşviqi üçün zəruridir.
Əli Baqeri Kəni həmin görüşü məhsuldar və konstruktiv qiymətləndirib.
"Tehran və Bakı əməkdaşlığı dərinləşdirə bilər, çünki onların çoxlu ortaq cəhətləri var", - İran rəsmisi əlavə edib.