ER Parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Armen Gevorgyan BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türkə müraciət edərək qeyd edib ki, Ermənistan və Azərbaycan arasında ədalətli və qarşılıqlı məqbul nizamlanmaya əsas maneələrdən biri Azərbaycanda qanunsuz saxlanılan erməni əsirlərin, o cümlədən Dağlıq Qarabağın rəhbərlərinin geri qaytarılması məsələsidir.
Armen Gevorgyan BMT-nin İnsan Haqları üzrə Müvəkkilinin bu məsələyə necə yanaşdığını soruşub.
“Aydındır ki, keçən il ermənilərin Dağlıq Qarabağ ərazisindən köçməsi hamımızı narahat edirdi. Baş verənlərlə bağlı daha çox məlumat əldə etmək üçün biz Ermənistanda bir sıra missiyalara başladıq. Biz həll yollarını tapmaq üçün həm Azərbaycan, həm də Ermənistanla dialoq aparırıq. Təbii ki, geri qaytarmaq hüququ var, mülkiyyətə hörmət etmək, qorumaq hüququ var. Sülh prosesinin davamlı olması həqiqətən vacibdir”, - deyə Türk bildirib.