ER xarici işlər naziri Ararat Mirzoyan iyunun 26-27-də Tallində işgüzar səfərdə olacaq. Bu barədə ER XİN məlumat yayıb.
Nazir Mirzoyan Estoniyanın yüksək vəzifəli şəxsləri, o cümlədən xarici işlər naziri Marqus Tsahkna ilə görüşlər keçirəcək.
Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.