Baş nazirin müavini Mher Qriqoryan Avrasiya İqtisadi Komissiyasının (AİK) iqtisadi və maliyyə siyasəti kollegiyasının üzvü (nazir) Baxit Sultanovu qəbul edib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı həmsöhbətlər Aİİ çərçivəsində maliyyə sektorunda mövcud əməkdaşlıq və onun inkişaf perspektivlərini müzakirə ediblər. Sosial təminatla bağlı məsələlərə də toxunulub.