Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Alen Berseni Avropa Şurasının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
“Avropa Şurasının yeni seçilmiş Baş katibi Alen Berseni bu vəzifəyə seçilməsi münasibətilə ən səmimi təbriklərimi çatdırıram.
Biz insan hüquqları, qanunun aliliyi və demokratiyanın ümumi dəyərlərinə əsaslanan bu çətin dövrlərdə AŞ-ni daha da gücləndirmək üçün sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Bu mühüm missiyada Ermənistanın dəstəyini gözləmək olar”, - deyə Ararat Mirzoyan X səhifəsində yazıb.