Baş nazir Nikol Paşinyan Sloveniya Respublikasının Baş naziri Robert Qoloba Dövlətçilik Günü münasibətilə təbrik məktubu göndərib. Mesajda deyilir:
“Sloveniya Respublikasının milli bayramı olan Sloveniya Respublikasının Dövlətçilik Günü münasibətilə Ermənistan Respublikası Hökuməti və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.
Mən Ermənistan Respublikası Hökumətinin Sloveniya ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu və sadiqliyini bir daha təsdiq etmək istərdim.
Mən Sloveniyanın Ermənistanda həyata keçirilən demokratik islahatlar prosesinə, eləcə də ER-Aİ tərəfdaşlığının daha da inkişafına verdiyi dəstəyə görə minnətdaram.
Biz Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməkdə Sloveniyanın mövqeyini yüksək qiymətləndiririk”.