İqtisadiyyat baxımından Ermənistan Rusiya ilə və Aİİ çərçivəsində əlaqələrin inkişafında maraqlıdır. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib.
“Bununla belə, biz bu ölkənin siyasi vektorunun getdikcə daha çox Qərbə üz tutmasına göz yuma bilmərik”, - Rusiya rəsmisi əlavə edib.
O, Ermənistanda Avropa İttifaqına üzvlüklə bağlı mümkün referendumun keçirilməsinə toxunub, Avropa İttifaqı ilə Aİİ-nin bir araya sığmayan strukturlar olduğunu vurğulayıb.
Overçuk qeyd edib ki, regiondankənar qüvvələrin bölgəyə daxil olması müəyyən nəticələr verəcək. Rusiya baş nazirinin müavini əlavə edib ki, Moskva Ermənistanın sabitliyində, rifahında, yaxşı iqtisadi münasibətlərində və qardaşlığında maraqlıdır.