Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Litvanın xarici işlər naziri ER-in strukturdakı nümayəndə heyətinin üzvü Sona Qazaryanın sualını cavablandırarkən bildirib ki, Nazirlər Komitəsi Ermənistanla Azərbaycan arasınd sülh prosesinə tam dəstək verib.
“Ümid edirəm ki, hazırkı müzakirələr tezliklə sazişin imzalanmasına gətirib çıxaracaq və bu, regionda lazımi sabitliyi bərpa etməyə imkan verəcək. Ən yüksək səviyyədə siyasi iradə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla və ona hörmətlə yanaşaraq sülh sazişinin əldə olunması üçün münasibətlərin həllində əsas rol oynayır. Hələ 2001-ci ildə təşkilata daxil olarkən iki ölkə münaqişənin sülh yolu ilə həllinə razılıq vermişdilər. Avropa Şurası tərəfindən təklif olunan etimad quruculuğu tədbirləri onlar arasında dialoqu və barışığı təşviq etmək üçün əlçatandır”, - deyə Qabrielius Landsbergis qeyd edib.