Ermənistan Xarici İşlər Nazirliyi özünün X mikrobloqunda Dağıstanda törədilən terror aktlarını pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.
“Dərbənd və Mahaçqalada günahsız insanların həyatına son qoyan terror aktları ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı veririk. Biz terrorizmi bütün təzahürlərində qətiyyətlə pisləyirik”, - deyə yazıda bildirilir.