ER xarici işlər naziri Ararat Mirzoyan İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və diaspor naziri Ayman əl-Səfadın təşəbbüsü ilə telefon danışığı aparıb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər regional məsələləri müzakirə ediblər.
İordaniya baş nazirinin müavini Ermənistanın Fələstin Dövlətini tanımasını beynəlxalq hüquq normalarına uyğun addım və regionda davamlı sülhün bərqərar olması səyləri kimi alqışlayıb.
Ararat Mirzoyan və Ayman əl-Səfədi Yaxın Şərq və Cənubi Qafqazda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.