Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell Avropa Parlamentinin üzvlərinin suallarını yazılı şəkildə cavablandırıb.
“Aİ bütün həll olunmamış məsələlər üzrə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləməyə davam edir.
Dağlıq Qarabağdan olan məhbusların vəziyyəti ilə bağlı Aİ Azərbaycanı lazımi hüquqi prosedura, məhbusların müdafiəsinin əsas prinsiplərinə riayət etməyə və şəffaflığı təmin etməyə çağırır.
Aİ əmindir ki, Azərbaycanda saxlanılan erməni məhbusların azad edilməsi və vətənə qaydıması da daxil olmaqla etimadın möhkəmləndirilməsi tədbirləri ümumi sülh prosesinə fayda verə bilər və tərəflər arasında etimadın yaradılmasına yol aça bilər”, - Borrell yazıb.
Bundan əlavə, Aİ Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsinə, o cümlədən onların qorxu və ayrı-seçkilik olmadan öz evlərinə qayıtmaq hüququnun həyata keçirilməsinə çağırmaqda davam edir.