KTMT Ermənistan qarşısında bütün öhdəliklərini yerinə yetirir, ölkə təşkilatın üzvü olaraq qalır. Bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.
“Ermənistan KTMT-də bizim müttəfiqimiz olub və olmaqda davam edir və Ermənistan qarşısında bütün öhdəliklərimiz qorunub saxlanılır. Təşkilata üzvlük məsələsi isə ölkənin suveren hüququ və qərarıdır”, - o deyib.
Tasmaqambetov ümid edib ki, Yerevan KTMT-yə üzvlüklə bağlı “vəziyyəti aydınlaşdıracaq” və təşkilata daxil olub-olmamaq barədə qərar verəcək.