Şimali Koreyadan sonra Rusiya prezidenti Vladimir Putin Vyetnama rəsmi səfər edib.
Rusiya mətbuatı bildirir ki, Rusiya Federasiyası prezidenti Vyetnama bu ölkənin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Çonqun dəvəti ilə səfər edib.
Dövlət səfəri zamanı Rusiya rəhbəri Vyetnamın bütün ali rəhbərliyi ilə görüşəcək, tərəflər 20-yə yaxın sənəd imzalayacaq.