Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Azərbaycanın müxtəlif media platformalarında Ermənistanla Azərbaycan sərhədinin demarkasiya olunan hissələrində yerləşən erməni tarixi və mədəniyyətinin daşınmaz abidələrinin təmiri və bərpası işlərinin aparılmasıyla guya “alban izləri”nin aradan qaldırılması barədə yayılan məlumatları rəsmən təkzib edir.
“Belə xəbərlər açıq-aşkar yalandır, Azərbaycanın tarixi faktları saxtalaşdıran manipulyasiya siyasətinin növbəti təzahürüdür”,- bəyanatda bildirilir.
Xüsusilə vurğulanır ki, Ermənistan Respublikasının tarixi-mədəni irsinin qorunması, bərpası və populyarlaşdırılması Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin prioritet istiqamətlərindən biridir və dövlət bu istiqamətdə davamlı iş aparır.
“Azərbaycanın müvafiq dairələrini tarixi faktları təhrif etməməyə, həmçinin Azərbaycanın nəzarətində olan erməni tarix və mədəniyyət abidələrinin qorunub saxlanmasını, xüsusən monitorinq məqsədilə beynəlxalq müşahidə missiyasının Dağlıq Qarabağ ərazisindəki erməni abidələrinə səfərlərini təmin etməyə çağırırıq”,- deyə Nazirliyin bəyanatında qeyd olunur.