Baş nazir Nikol Paşinyan ölkəmizdə diplomatik fəaliyyətini başa vuran Almaniya Federativ Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Rixteri qəbul edib.
Həmsöhbətlər Ermənistan və Almaniya arasında çoxsahəli əməkdaşlıqla bağlı gündəlikdəki məsələləri müzakirə ediblər. Ermənistan-Avropa İttifaqı münasibətlərinin gələcək inkişafına toxunulub. Bu baxımdan baş nazir Almaniyanın mühüm rolunu vurğulayıb.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin müzakirəsi ətrafında da fikir mübadiləsi aparılıb.
Baş nazir Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.