ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə birinci müavini Riçard Verman Ermənistana səfəri çərçivəsində ABŞ, Hindistan və Fransanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri, Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos və Ermənistan Respublikası xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan ilə görüşüb.
Bu barədə Riçard Verman özünün X mikrobloqunda yazıb və görüşün isti və səmərəli atmosferdə keçdiyini bildirib.
“Ermənistanın dünya arenasında artan rolunu müzakirə etmək üçün həmfikir diplomatlar və Ermənistan rəsmiləri ilə isti və məhsuldar görüşüm olub. Biz birlikdə regional sabitlik və təhlükəsizliyə töhfə verməyə sadiqik”, – deyən ABŞ rəsmisi məhz bunun davamlı tərəfdaşlığın və ortaq rifahın gələcəyi olduğunu vurğulayıb.