Baş Nazir Aparatının rəhbəri Arayik Harutyunyan Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos ilə görüşüb.
Hökumətin mətbuat xidməti xəbər verir ki, həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının bir sıra gündəlik məsələlərini müzakirə ediblər. Xüsusilə, Aİ-nin dəstəyi ilə ölkəmizdə həyata keçirilən islahatların uğurlu gedişinə, demokratik təsisatların inkişafı, strateji kommunikasiya islahatları və digər istiqamətlərdə həyata keçirilən proqramlara toxunulub. Bu il aprelin 5-də Brüsseldə keçirilmiş Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti hər iki tərəf tərəfindən vurğulanıb.
Tərəflər səmərəli əməkdaşlıqdan məmnun olduqlarını bildirib və bu istiqamətdə ardıcıl addımların atıldığını vurğulayıblar.