Baş nazir Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib.
Baş nazir Ermənistan-ABŞ strateji dialoqunun ardıcıl inkişafını və çoxsahəli əməkdaşlığın dərinləşməsinə əhəmiyyət gerib.
Paşinyan qeyd edib ki, Vermanın səfəri ikitərəfli münasibətlərin gündəm məsələlərinə, demokratiyanın gücləndirilməsinə və iqtisadi imkanların genişləndirilməsinə yönəlmiş proqramlara töhfə verəcək.
Riçard Verma ABŞ-nin Ermənistanla müxtəlif istiqamətlərdə, o cümlədən yerli orqanlar və icmalar arasında, iqtisadiyyat, təhsil və digər sahələrdə əməkdaşlığı gücləndirməyə hazır olduğunu vurğulayıb.
Görüşdə tərəflər bu ilin aprelin 5-də Brüsseldə keçirilən yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan-Azərbaycan sülh müqaviləsi, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesi, “Sülh kəsişməsi” layihəsi, Dağlıq Qarabağdan məcburi köçkünlər üçün hökumət tərəfindən bu yaxınlarda təsdiq edilmiş mənzil proqramının icrası ilə bağlı müzakirələr ətrafında fikir mübadiləsi aparılıb.