Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.
Görüş Papikyanın Fransaya səfəri çərçivəsində baş tutub.
Bildirilir ki, danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub.
Həmçinin Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib.