ER Baş naziri Nikol Paşinyan Syunik rayonuna səfər edib.
“19,5 km-lik Tatev-Ağvan dövlətlərarası avtomobil yolunun əsaslı təmir işlərinin gedişi ilə tanış oldum.
Layihənin dəyəri 3,375 milyard dramdır. Vəsait hökumət tərəfindən təmin edilib.
Syunikdə və ümumilikdə Ermənistanın bütün ərazisində aparılan genişmiqyaslı yol tikintisi işləri bu gün yeni yol şəbəkəsinin yaradılmasından və ondan gözlənilən nəticələrdən danışmağa imkan verir”, - baş nazir Facebook səhifəsində yazıb.