Mediada “Tigranaşen sakinləri kəndi boşaltmağa hazırlaşır” məlumatı dərc edilib. Ararat qubernatorluğu bu məlumatı təkzib edən bəyanat yayıb.
Qubernatorluğun bildirdiyinə görə, “qubernatorun adından sakinlərə avqust ayına qədər evlərini boşaltmaq üçün 12 milyon dram təklif olunması” barədə yayılan məlumat tamamilə dezinformasiyadır.
“Biz bir daha media nümayəndələrini sərhəddəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan və həyəcanlandıran məlumatları dərc etməkdən çəkinməyə çağırırıq”, - deyə məlumatda bildirilir.