Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk bildirib ki, Krım körpüsü artıq hərbi əhəmiyyət kəsb etmir və onun dağıdılması mənasızdır.
"O, hərbi logistika üçün demək olar ki istifadə olunmur, çünki ümumi yükün dörddə birindən az hissəsi körpüdən keçir", - sözçü bildirib.
Pletençuk hesab edir ki, Ukrayna Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələrinin pilotsuz uçan aparatla hücumu zamanı birgə əməliyyatı nəticəsində aldığı zərərdən sonra körpünün artıq taktiki-strateji əhəmiyyəti yoxdur.
Mayın sonunda Ukrayna Təhlükəsizlik Xidməti növbəti dəfə Krım körpüsünə hücum etməklə hədələyib və onu prioritet hədəflərdən biri adlandırıb. Xüsusi xidmət iddia edib ki, onlar körpüyə artıq iki dəfə, o cümlədən dəniz dronları ilə hücum ediblər.