ER xarici işlər naziri Ararat Mirzoyan Aİ və üzv ölkələrin Ermənistanda akkreditə olunmuş səfirləri ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
ER-Aİ gündəliyindəki məsələlər, o cümlədən Tərəfdaşlığın yeni gündəliyi üzrə danışıqların ötən həftə başladığı nəzərə alınmaqla müzakirə edilib.
Tərəfdaşlığın prioritetlərinə, Belçikanın Aİ Şurasına sədrliyi dövründə onların uğurla həyata keçirilməsi istiqamətində görülən işlərə, o cümlədən ilin ikinci yarısında Macarıstanın sədrliyindən gözlənilən gözləntilərə toxunulub.
Nazir Mirzoyan həmsöhbətləri maraqlandıran sualları, o cümlədən regional mövzular, sülh gündəliyi, Ermənistan və Azərbaycan arasında sülh prosesinə dair sualları cavablandırıb.