Azərbaycan prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12-13 iyun 2024-cü il tarixlərində Belçikada səfərdə olub.
Ssəfər çərçivəsində Hikmət Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.
İclas zamanı Hikmət Hacıyev Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, COP29-a hazırlıq prosesi, Azərbaycanın iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.