Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter Beynəlxalq Sülhməramlı Əməliyyatlar Mərkəzinin (ZIF Berlin) icraçı direktoru doktor Astrid İrqanq ilə görüşüb, missiyanın Ermənistandakı mandatı və fəaliyyəti, eləcə də missiyaya alman mütəxəssislərin təyin edilməsini müzakirə edib. Bu barədə missiyadan məlumat verilib.
“Almaniya 27 nəfərlə missiyada ən böyük heyətə malikdir. Çox sağ olun, Almaniya”, - missiyanın X mikrobloqu qeyd edib.