Belarusun müxalifət xadimi Svetlana Tixanovskaya baş nazir Nikol Paşinyanın parlamentdəki bəyanatlarına toxunub.
“Ermənistanın Baş naziri Nikol Paşinyan Lukaşenko hakimiyyətdə olduğu müddətdə Belarusa səfər etməyəcəyini açıqlayıb. O haqlıdır. Lukaşenko Ermənistana da Ukrayna kimi xəyanət etdi. Dünyaya xain diktator deyil, sülh üçün etibarlı tərəfdaş kimi azad və demokratik Belarus lazımdır”, - Tixanovskaya özünün X mikrobloqunda yazıb.