Rusiya Yerevanın KTMT ilə bağlı mövqeyini aydınlaşdırmaq üçün Ermənistanla işləməyə davam edəcək və ölkələr arasında münasibətlərin tərəfdaşlıq və müttəfiqlik yolunda davam edəcəyini gözləyir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ermənistana gəlincə, biz erməni dostlarımızla işi davam etdirəcəyik, onların mövqeyini aydınlaşdıracağıq, təbii ki, ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalacağıq”, - deyə Peskov bikdirib.