Lüksemburqda Aİ məhkəməsi miqrantların qəbulu ilə bağlı ümumavropa qaydalarının pozulması ilə bağlı əvvəlki məhkəmə qərarlarını rədd etdiyinə görə Macarıstanı 200 milyon avro cəriməyə, eləcə də gündə bir milyon avro ödəməyə məhkum edib. Bu barədə strukturunun press-relizində deyilir.
2020 və 2021-ci ilin noyabrında Aİ-nin Ədalət Məhkəməsi öz qərarlarında qeyd edib ki, bəzi Macarıstan qanunlarının miqrantların qəbulu ilə bağlı müddəaları Avropa qanunvericiliyinə ziddir.
Avropada miqrasiya böhranından sonra Macarıstan hakimiyyəti ölkə sərhədlərini keçən miqrant və qaçqınlara qarşı sərt siyasət həyata keçirməyə başlayıb. Buna görə Budapeşt BMT-nin humanitar qurumları və Avropa İttifaqı tərəfindən sərt tənqid edilib. Xüsusən də Macarıstan Brüsseldə ilk növbədə Avropa İttifaqının miqrasiya siyasəti ilə bağlı qərarlarını yerinə yetirməkdən imtina etdiyi üçün tənqid edilib.
Aİ Məhkəməsi vurğulayıb ki, Birliyə üzv olan bütün dövlətlər məhkəmələrin qərarlarına əməl etməli və qeyd olunan pozuntuları aradan qaldırmalıdır, əks halda maliyyə sanksiyaları tətbiq olunacaq.