Azərbaycanla sülh müqaviləsinin hazırkı mətni yetərincə hazırdır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı jurnalistlərə açıqlamasında deyib.
Baş nazir Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi ilə bağlı Azərbaycan prezidentinin bəyanatlarına da toxunub.
“Hesab edirəm ki, bu məsələni əlaqələndirmək, onu danışıqlar masasına gətirməyə çalışmaq sülh prosesinin torpedolanmasıdır və istisna etmirəm ki, burada Ermənistanın daxili işlərinə qarışmaq, Ermənistanda müəyyən dezinformasiya əsasında proseslərə başlamaq meylləri var.
Mən 2018-ci ildən sonra 2019-cu ildə Konstitusiyaya dəyişiklik edilməsindən danışdım və bizim gündəliyimiz müstəsna olaraq demokratik islahatlarla bağlıdır və biz demişdik ki, Konstitusiyaya dəyişiklik danışıqların tərkib hissəsi ola bilməz”, - deyə Baş nazir bildirib.