Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən axşam Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.
TASS yazır ki, Ukrayna, eləcə də Qəzza sektoru və Suriyadakı vəziyyət də tərəflərin diqqət mərkəzində olub.
Hakan Fidan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.