Baş nazir Nikol Paşinyan Fransanın keçmiş baş naziri, “Sülh naminə liderlər” təşkilatının prezidenti Jan-Pier Rafareni qəbul edib.
Baş nazir cənab Rafarenin Ermənistana səfərini alqışladı. Nikol Paşinyan Jan-Pier Rafarenin Ermənistanla bağlı məsələlərə və Ermənistan ətrafında yaradılmış vəziyyətə xüsusi diqqət yetirməsini yüksək qiymətləndirib. Baş nazir bu günlərdə Yerevanda sonuncunun təşəbbüsü ilə başlanmış, erməni gənclərinin böhranlı vəziyyətləri idarə etmək bacarıqlarının artırılmasına yönəlmiş təlim kursununun vacibliyini vurğulamışdır.
Jan-Pier Rafaren səmimi qonaqpərvərliyə görə təşəkkür edib və əlavə edib ki, Ermənistana səfərindən əvvəl o, Fransanın baş naziri Qabriel Atal ilə görüşüb və o, öz səmimi salamlarını Ermənistanın baş nazirinə çatdırmağı xahiş edib. Cənab Rafaren çağırışların aradan qaldırılmasında və demokratiyanın möhkəmləndirilməsində Fransanın Ermənistana dəstəyini vurğulayıb. Daha sonra o, “Sülh naminə liderlər” təşkilatının fəaliyyətinə və məqsədlərinə toxunub.
Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi və delimitasiya prosesi, ER hökumətinin “Sülhün kəsişməsi” layihəsi və digər mövzularla bağlı fikir mübadiləsi aparıblar.