ER-ABŞ strateji dialoqunun yekun sessiyasının sonunda ER xarici işlər naziri Ararat Mirzoyanın və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayenin iştirakı ilə “ER hökuməti ilə ABŞ hökuməti arasında gömrük orqanlarının qarşılıqlı yardımı haqqında” sazişin imzalanma mərasimi keçirilib. Bu barədə ER XİN məlumat yayıb.
Ermənistan tərəfdən sənədi Dövlət Gəlirləri Komitəsinin prezidenti Rustam Badasyan, Amerika tərəfdən isə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin imzalayıb.