Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Yerevanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenlə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ-Ermənistan Siyasi Dialoqundan əvvəl Ermənistan XİN-də xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen arasında təkbətək görüş keçirilib.