Baş nazir Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayeni qəbul edib.
Baş nazir ER-ABŞ strateji dialoqunun yekun sessiyasının Yerevanda keçirilməsinin vacibliyini qeyd edib və bunun çoxsahəli əməkdaşlığın gələcək inkişafı və möhkəmlənməsinə yeni təkan verəcəyinə inandığını bildirib. Nikol Paşinyan ABŞ-ın Ermənistanda həyata keçirilən demokratik islahatlara ardıcıl dəstəyini vurğulayıb. Baş nazir qeyd edib ki, mayın 5-də Brüsseldə keçirilən ER-Aİ-ABŞ yüksək səviyyəli görüşü zamanı əldə olunmuş razılaşmaların səmərəli şəkildə həyata keçirilməsi vacibdir.
Ceyms O'Brayen sessiyanın səmərəli keçdiyini məmnunluqla vurğulayaraq əlavə edib ki, ABŞ administrasiyası müxtəlif istiqamətlərdə islahatların təşviqi məqsədilə ER hökumətinə dəstəyini davam etdirəcək.
Həmsöhbətlər Ermənistan-Azərbaycan sülh müqaviləsi, Alma-Ata bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası prosesi, ER hökumətinin “Sülhün kəsişməsi” layihəsi və onun prinsiplərinə dair müzakirələrə toxunublar.
Baş nazir Paşinyan hökumətin Dağlıq Qarabağdan məcburi köçkünlər üçün mənzil təminatı proqramını təsdiqlədiyini və onun həyata keçirilməsində beynəlxalq tərəfdaşların dəstəyinin vacibliyini vurğulayıb.