Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nijni Novqorodda İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani ilə əməkdaşlıq haqqında hərtərəfli sazişin mətni üzərində işin başa çatdırılmasını müzakirə edib.
Danışıqlar zamanı Rusiya və İran arasında strateji tərəfdaşlığın formalaşması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb, həmçinin keçmiş prezident İbrahim Rəisi hökuməti ilə razılaşdırılmış bütün layihələri və əməkdaşlıq istiqamətlərini qeyd-şərtsiz həyata keçirmək istəyi təsdiqlənib.
Tərəflər beynəlxalq və regional mövzulara da toxunublar.