“Biz ABŞ-Ermənistan Strateji Dialoqunun formatını Strateji Tərəfdaşlıq üzrə Komissiya olaraq dəyişmək istəyirik. Bu faktor birgə tərəfdaşlığımızı daha da gücləndirməyə imkan verəcək”.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen ABŞ-Ermənistan Strateji Dialoqu üzrə iclasdan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək görüşdə bildirib.
“ABŞ dövlət katibinin müavinlərindən biri olan Brendon Yoder bu yaxınlarda Ermənistana səfər edib, o, narkotiklərlə mübarizə və hüquq-mühafizə orqanları arasında əməkdaşlığı koordinasiya edir. Biz ədliyyə islahatları sahəsində fəaliyyətimizi davam etdirəcəyik. Biz həmçinin müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı işi davam etdirəcəyik.
Keçən il “Qartal tərəfdaşı” adlı ilk birgə hərbi təlimimiz baş tutdu. Daha çoxunu gözləyirik.
Biz həmçinin kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi sahəsində də işləməyi gözləyirik. Burada Ermənistanın öz ehtiyaclarını təmin etmək imkanları var və biz bu səylərdə Ermənistanı dəstəkləməyə hazırıq”,- deyə o qeyd etdi.