Freedom House X mikrobloqunda yazıb ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə qarşı repressiyaları davam etdirir.
“Rövşən Məmmədli Euractiv üçün yazdığı məqalədə COP29 ərəfəsində Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə qarşı repressiyalarını təsvir edib.
Azərbaycanda azadlıq indeksi 100 baldan cəmi 7 bal təşkil edir ki, bu da ötənilki ev sahibi ölkə, 100 baldan 18 bal toplayan Birləşmiş Ərəb Əmirliklərinin indeksindən də aşağıdır”, - deyə qeyd olunub.