İyunun 11-də Yerevanda ER-ABŞ strateji dialoqunun yekun sessiyası keçiriləcək.
ER XİN-in məlumatına görə, sessiya çərçivəsində ER XİN rəhbəri Ararat Mirzoyan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen ER XİN-də görüşəcəklər. Görüşdən sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə dialoq aparılacaq.