Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 10-da Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat verib.
Ankarada keçiriləcək danışıqlarda ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.