Estoniyanın baş naziri Kaja Kallas Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell-in postuna ən çox ehtimal olunan namizədlərdən biridir. Bu barədə “Politico” məlumat yayıb.
Danışıqlardan birbaşa xəbəri olan üç fransız rəsmisi bildirib ki, Fransa prezidenti Emmanuel Makronun ofisi Kallası Borrelin varisi kimi nəzərdən keçirir. "O, ölkəsinin hüdudlarından kənarda nüfuzu olan güclü səsdir”, - deyə agentlik qeyd edib.
Materialda həmçinin Avropa diplomatiyasının rəhbəri vəzifəsinə aşağıdakı siyasətçilər də qeyd olunur: Belçikanın baş naziri Aleksandr De Kros, Belçikanın keçmiş xarici işlər naziri Sofi Vilmes, Lüksemburq baş nazirinin müavini Ksavyer Bettel və İrlandiyanın keçmiş baş naziri Mişel Martin.
Bundan əlavə, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin mümkün namizədliyi də bildirilir. O, Aİ-nin ilk müdafiə komissarı olmaq üçün favoritdir, lakin “başqa vəzifələrə açıq hesab olunur”.
Bundan əvvəl Kapa Research-in keçirdiyi sorğunun nəticələri Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə Ukrayna münaqişəsinin seçicilərə təsirini göstərib. Sorğu, respondentlərin 35 faizi üçün immiqrasiyadan cəmi iki faiz geri qalan üçüncü ən vacib məsələ olduğunu göstərdi.