Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavinləri Armen Simonyan və Kristine Ğaleçyan BƏƏ-nin Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nəriman Əl-Mullanı qəbul ediblər. Bu barədə Ərazi idarəetmə və infrastruktur Nazirliyi məlumat yayıb.
Görüş zamanı nəqliyyat sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
“Səfirə həmçinin Lori və Tavuş bölgələrində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində zədələnmiş körpülərlə bağlı problem də təqdim olunub. Vurğulanıb ki, daşqınlar nəticəsində 23 körpü zədələnib, onlardan 16-sı tamamilə dağılıb, nəticədə bəzi icmaların əhalisi ilə xarici əlaqə kəsilib", - məlumatda qeyd edilib.