İyunun 5-9-da Berlində keçirilən ILA Berlin 2024 sərgisində iştirak etmək üçün ER Müdafiə Nazirliyinin nümayəndə heyəti müdafiə nazirinin müavini Karen Brutyanın başçılığı ilə Almaniyaya yola düşüb. Səfər çərçivəsində Federal Müdafiə Nazirliyinin dövlət katibi Benedikt Zimmer, digər rəsmi şəxslər və hərbi sənaye şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşlər zamanı Ermənistan və Almaniya arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığa dair məsələlər müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub, sənədlər imzalanıb.