Ermənistan və Avropa Komissiyası arasında “Avropa İttifaqının Ermənistanda təhsilə dəstəyi” sazişi imzalanıb və bu sazişə əsasən, Avropa İttifaqı Ermənistana qrant əsasında büdcə dəstəyi verəcək.
Avropa Komissiyası tərəfindən ER hökumətinə 2023-cü il dekabr ayında 5 milyon avro, 2024-cü il may ayında isə 1,5 milyon avro köçürülüb.
“Avropa İttifaqının Ermənistanda təhsilə dəstəyi” sazişi ER-in Ararat, Kotayk və Geğarkunik rayonlarının bütün 330 məktəbində yenilənmiş və təchiz olunmuş elmi, texnoloji, mühəndislik və riyaziyyat laboratoriyalarının yaradılmasını, həmçinin müasir metodologiyadan istifadə etməklə müəllimlərin hazırlanmasını nəzərdə tutur.
ER təhsilinin 2030-cu ilə qədər dövlət inkişaf planının bütün səviyyələrdə səmərəli həyata keçirilməsini təmin etmək üçün Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə əlavə texniki dəstək göstəriləcək.