Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin ТАСС-ə müsahibəsində qeyd edib ki, Yerevanla Moskva arasında təmaslar davam edir.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini bildirib ki, Moskva Yerevanla Bakı arasında sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyir.
Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistan və Azərbaycan XİN başçılarının mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması ilə bağlı görüşünü müsbət qiymətləndirir.