Gürcüstanın Ermənistandakı səfiri Giorgi Şarvaşidze özünün X səhifəsində Gürcüstanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnaməni dəstəklədiyinə görə erməni tərəfinə minnətdarlığını bildirib.
Gürcüstan-Ermənistan strateji tərəfdaşlığında daha bir böyük addım. Abxaziya, Gürcüstan və Sxinvali bölgəsindən məcburi köçkünlərin və qaçqınların statusu ilə bağlı qətnaməni dəstəklədiyiniz üçün sizə təşəkkür edirik”, – deyə səfir yazıb və erməni dilində Ermənistanın baş naziri Nikol Paşinyana, prezident Vahaqn Xaçaturyana və xarici işlər naziri Ararat Mirzoyana “təşəkkür edirəm” sözlərini ünvanlayıb.