İyunun 5-də Provans-Alp-Kot d'Azur departamentinin vitse-prezidenti, Eks-an-Provens şəhərinin meri Sofi Juasenin rəhbərlik etdiyi nümayəndə heyəti Erməni Soyqırımı Memorialını ziyarət edib. Bu barədə Erməni Soyqırımı Muzey-İnstitutu məlumat yayıb.
Sofi Juasen Erməni Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, sonra qonaqlar əbədi məşəl önünə gül dəstələri qoyub, Erməni Soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfərə görə təşəkkürünü bildirən Erməni Soyqırımı Muzeyinin muzey işləri üzrə direktor müavini Lusine Abramyan Erməni Soyqırımından bəhs edən kitabları fəxri qonağa hədiyyə edib.