İyunun 5-də ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Fransanın Provans-Alp-Kot d'Azur departamentinin vitse-prezidenti, Eks-an-Provens şəhərinin meri Sofi Juasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ER XİN-in məlumatına görə, görüş zamanı həmsöhbətlər Ermənistan və Fransa arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir müavini Ermənistan və Fransa arasında qeyri-mərkəzləşdirilmiş əməkdaşlığı yüksək qiymətləndirərək, Eks-an-Provens və Masis şəhərləri arasında formalaşan tərəfdaşlıq çərçivəsində qarşılıqlı faydalı layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Regional məsələlərə də toxunulub.