“Min Gənc Fələstin Uğrunda” hərəkatı Azərbaycanın Dövlət Neft şirkətinin İstanbuldakı ofisi qarşısında şirkətin İsrailə neft tədarük etməsinə etiraz olaraq aksiya keçirib. İki gün sonra aksiyanın 13 iştirakçısı həbs edilib.
SOCAR ofisə hücumu təşkil edən qrupun İranın dəstəyindən istifadə etdiyini iddia edən açıqlama verib. Qeyd olunub ki, SOCAR İsrailə neft satmır. qlobal neft bazarındakı bütün şirkətlər öz məhsullarını treyderlərə satır və treyderlərin nefti kimə satdıqlarına nəzarət edə bilmirlər.