KTMT Yerevanın strukturla əlaqələrinin perspektivlərinə aydınlıq gətirəcəyini gözləyir, bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov KTMT Parlament Assambleyası Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, bu, təşkilatın üzvləri üçün ilk növbədə gələcək birgə fəaliyyətin tam planlaşdırılması üçün faydalı olacaq.
“Son bir il ərzində erməni tərəfdaşlar təşkilatın tədbirlərində iştirakını xeyli azaldıblar. Bununla belə, qarşılıqlı əlaqənin əsas mexanizmləri mövcuddur. Ermənistan Respublikası təşkilatın tamhüquqlu üzvü olaraq qalır, bu ölkə qarşısında bütün öhdəliklərə tam əməl edilir”, - Tasmaqambetov vurğulayıb.