İyunun 3-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili arasında telefon danışığı olub. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli gündəliyin mövzularını, o cümlədən iki ölkə arasında strateji əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş qarşıdan gələn proqramları müzakirə ediblər.
Ararat Mirzoyan və İlya Darçiaşvili çoxtərəfli gündəlikdəki məsələlərə toxunublar.
Nazir Mirzoyan həmkarına ER-nin Tavuş və Lori bölgələrində daşqınların nəticələrini, fəlakət zonası kimi tanınan icmalarda aparılan işləri təqdim edib. Buna cavab olaraq Gürcüstanın Xarici İşlər Naziri lazım gəldikdə yardım göstərməyə hazır olduğunu bildirib.